Vaxto
Qaralama
Bu mətn qaralamadır və hüquqşünas tərəfindən yoxlanılmayıb. Yekun mətn fərqli ola bilər. Mötərizədəki yerlər hələ doldurulmayıb.

Məxfilik siyasəti

Bu sənəd Vaxto mobil tətbiqinin hansı məlumatları topladığını, onlardan necə istifadə etdiyini və onları necə silə biləcəyini izah edir. Tətbiqi [Şirkət adı] təqdim edir. Ünvan: [Hüquqi ünvan]. Qeydiyyat nömrəsi: [Qeydiyyat nömrəsi]. Qüvvəyə minmə tarixi: [Tarix].

1. Hansı məlumatları toplayırıq

  • Hesab məlumatları: e-poçt ünvanın, istifadəçi adın və şifrən. Şifrə açıq mətn kimi saxlanmır.
  • Məhsullar: daxil etdiyin məhsulun adı, barkodu, kateqoriyası, sayı, son istifadə tarixi, xatırlatma müddəti və dəyişiklik tarixçəsi.
  • Şəkillər: tətbiqdə kamera ilə çəkdiyin məhsul şəkilləri.
  • Cihaz məlumatları: platforma (iOS və ya Android), cihazın adı, bildiriş tokeni və vaxt qurşağı. Serverə qoşulanda IP ünvanın da emal olunur.
Kamera icazəsi yalnız barkodu skan etmək və məhsulun şəklini çəkmək üçün istifadə olunur.

2. Məlumatlardan necə istifadə edirik

  • Hesabını yaratmaq və sənə daxil olmaq imkanı vermək.
  • Məhsullarını göstərmək və Komanda üzvləri ilə paylaşmaq.
  • Son istifadə tarixi yaxınlaşanda xatırlatma göndərmək.
  • Xətaları tapmaq və tətbiqi yaxşılaşdırmaq.

3. Məlumatlarını satmırıq və paylaşmırıq

Mağazan və məhsulların barədə məlumatlar yalnız sənin və Komandalarının öz daxili işi üçün istifadə olunur.
  • Məlumatlarını satmırıq və icarəyə vermirik.
  • Onları reklam, marketinq və ya araşdırma üçün üçüncü tərəflərə vermirik.
  • Onlardan barkod bazasını doldurmaq və ya başqa müştərilər üçün statistika hazırlamaq üçün istifadə etmirik.
Məlumatlarına yalnız xidmətin işləməsini təmin edən texniki xidmət təminatçıları (məsələn, server və bildiriş xidmətləri) və qanunun tələb etdiyi hallarda dövlət orqanları çıxış əldə edə bilər.

4. Serverlər xaricdədir və sənin razılığın

Məlumatların Azərbaycandan kənarda, Almaniyada yerləşən serverlərdə saxlanılır (Hetzner Online GmbH: əsas server Nürnberqdə, şifrələnmiş ehtiyat nüsxələr Falkenşteyndə). Tətbiq, sayt və serverlər arasındakı trafik Cloudflare şəbəkəsi vasitəsilə ötürülür.
Qeydiyyatdan keçməklə məlumatlarının Azərbaycandan kənara ötürülməsinə və orada saxlanılmasına razılıq verirsən. Razı deyilsənsə, qeydiyyatdan keçmə. Artıq hesabın varsa, onu istənilən vaxt silə bilərsən.

5. Məhsullarını kim görə bilər

  • Vaxto administratorları istifadəçilərin məhsullarına baxa bilər. Hər belə baxış qeydə alınır.
  • Komandaya əlavə etdiyin məhsulları həmin Komandanın üzvləri görür.

6. Üçüncü tərəf xidmətləri

Tətbiq Google şirkətinin aşağıdakı Firebase xidmətlərindən istifadə edir. Bu xidmətlər məlumatları Azərbaycandan kənarda emal edə bilər.
  • Firebase Crashlytics: tətbiq xəta ilə bağlananda xəta hesabatını, cihaz modelini, əməliyyat sisteminin və tətbiqin versiyasını toplayır.
  • Google Analytics for Firebase: tətbiqdən necə istifadə olunduğu barədə məlumat toplayır, məsələn açılan ekranlar və cihaz identifikatoru.
  • Firebase Cloud Messaging: push bildirişlərini cihazına çatdırır.

7. Push bildirişləri

Tətbiq xatırlatmaları push bildirişi kimi göndərir. Komanda məhsulları üçün xatırlatma Komandanın bütün üzvlərinə gedir. Bildirişləri tətbiqin tənzimləmələrində və ya telefonunun tənzimləmələrində söndürə bilərsən.
Məlumat və kampaniya bildirişləri standart olaraq bağlıdır. Onlar yalnız özün açsan göndərilir.

8. Bir hesab, bir aktiv cihaz

Bir hesab eyni anda yalnız bir cihazda aktiv ola bilər. Başqa cihazdan daxil olsan, əvvəlki cihazda hesabdan çıxış edilir və həmin cihaz üçün bildiriş tokeni silinir. 30 gün ərzində tətbiqdən istifadə etməsən, sessiyanın vaxtı bitir.

9. Hesabın silinməsi

Hesabını tətbiqin tənzimləmələrində "Hesabı sil" bölməsindən silə bilərsən. Bunun üçün şifrəni daxil etməlisən. Silmə geri qaytarılmır.
  • Hesabın, profil məlumatların, Şəxsi bölmədəki məhsulların və onların şəkilləri silinir.
  • Sahibi olduğun Komandada başqa üzv varsa, sahiblik ona keçir. Başqa üzv yoxdursa, Komanda məhsulları ilə birlikdə silinir.
  • Başqa Komandalara əlavə etdiyin məhsullar orada qalır və müəllif kimi "Silinmiş istifadəçi" göstərilir.
Silmədən sonra yalnız bunlar qalır:
  • İstifadəçi adın 30 gün ehtiyatda saxlanılır ki, başqası səni təqlid edə bilməsin.
  • Qanunun saxlanmasını tələb etdiyi qeydlər.
Silinmiş Komanda 30 gün ərzində sahibi tərəfindən bərpa oluna bilər. Bu müddətdən sonra Komanda, məhsulları və şəkilləri həmişəlik silinir.

10. Ödənişlər

Pro paketi vaxto.app saytında kartla alınır. Ödənişi [Ödəniş xidməti] emal edir. Kart məlumatların bu xidmətə daxil edilir, biz onları görmür və saxlamırıq.
Biz ödəniş tarixçəni saxlayırıq: tarix, plan, ödəniş müddəti (aylıq və ya illik), məbləğ və ödənişin nəticəsi. Bu tarixçəni tətbiqdə Abunəlik bölməsində görə bilərsən.

11. Dəyişikliklər

Bu siyasət dəyişə bilər. Yeni mətn bu səhifədə dərc olunacaq.

12. Əlaqə

Məlumatların barədə sualın və ya sorğun varsa, [email protected] ünvanına yaz.